EN

Litva Ukraynaya "M-577" zirehli döyüş maşınları verib

Litva Ukraynaya "M-577" zirehli döyüş maşınları verib

Litva "M-577" zirehli döyüş maşınları partiyasını Ukraynaya təhvil verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Laurinas Kasçyunas bildirib ki, Ukraynaya kömək etmək strateji məqsədləridir: "Bizim və müttəfiqlərimizin təhvil verdiyi silah və texnika Ukraynanın hərbi ehtiyaclarını ciddi şəkildə ödəyir".

Ölkə Ukraynaya hərbi dəstək planı hazırlayıb. Bu dəstək 2024-cü ildən 2026-cı ilə qədər azı 200 milyon avro təşkil edəcək. Hərbi əməliyyatlar başlayandan bəri Litva Ukraynaya 605 milyon avro məbləğində hərbi yardım göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
167
12
sonxeber.az

10Sources