EN

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb. SİA xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Bu gün Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) mübarizəyə 1/8 finaldan başlayacaqlar.

N.Məmmədli ukraynalı Aleksey Masiklə, İ.Abbasov danimarkalı Turpal Bisultanovla, M.Əhmədiyev isveçli Aleksandar Styepanetiçlə (İsveç) qarşılaşacaq. Yarışa təsnifat mərhələsindən qoşulacaq Beka Kandelakinin (130 kiloqram) rəqibi isə norveçli Oskar Marvik olacaq.

Qeyd edək ki, hər çəkidə finala çıxan güləşçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
213
49
Sources
Comment ()
Close