Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib...Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir.Reuters bildiri ki, aprelin 17-dən etibarən bütün bu malalrın Rusiyaya ixracı qadağan ediləcək.Bundan əlavə, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq. Xatırladaq ki, bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.Poliqon.info