EN

Təqaüdçü avtomatla Putinin ofisinə girməyə cəhd edib - Qəribə hadisə

Moskvada təqaüdçü silahla Rusiya Federasiyası prezidentinin ofisinə girməyə cəhd edib. 

Ölkə.Az xəbər verir ki, bu barədə Baza teleqram kanalının məlumat yayıb.

Bildirilir ki, aprelin 3-də səhər saatlarında FSB əməkdaşları Putinin iqamətgahına əlində avtomata bənzər əşya olan şübhəli şəxsin getdiyini görüblər.

O saxlanılıb və məlum olub ki, Ukraynada anadan olan 69 yaşlı Viktor Krasivskidir. Təqaüdçünün qara rəngli “Kalaşnikov” avtomatı formasında uşaq oyuncağı olub.

Krasivski polisə bildirib ki, o, 15 ildir ki, prezidentlə görüşməyə çalışsa da, ona həmişə rədd cavabı verilib. Bu dəfə də təcili məsələlərin müzakirəsi üçün “şəxsi qəbul”da iştirak etmək qərarına gəlib.

Krasivski polis bölməsindən psixiatriya xəstəxanasına köçürülüb.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
136
2
olke.az

2Sources