Kürdəmirdə avtomobil yanıb.Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.Məlumata görə, hadisə rayonun Atakişili kəndində qey də alınıb. Belə ki, “VAZ” markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Qeyd edık ki, bu gün Bakının mərkəzində də avtomobil yanıb.