EN

Ermənistanın Rusiyaya xəyanətinin qiyməti: İldə 3 milyard dollar...

Paşinyan və komandası hesab edir ki, Rusiyanın regiondan sıxışdırılmasının öz qiyməti var. Yəni, ermənilərin “xəyanətin” qiyməti var və bu da ildə 3 milyard dollardır...Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Fon der Leyen-Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropa yolunu tutacağına və ya Rusiya ilə Avropa arasında sarsıntılı status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək.Poliqon xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti yazır. Nəşr qeyd edir ki, hakim partiya bu görüşün nəticələrini xüsusilə səbirsizliklə gözləyir, bundan sonra Nikol Paşinyanla görüşəcək və yekun nəticəyə yekun vuracaqlar.“Məsələ burasındadır ki, Baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə sonuncular növbəti dəfə öz mövqelərini bildiriblər. Hakimiyyət komandasının bəzi deputatları deyirlər, qumara girib Aİ-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır. Rusiyaya qarşı bu addımlar Ermənistan üçün daha böyük problemlər yarada bilər, çünki Moskva bu xəyanətləri bağışlamır. Hətta belə fikirlər var idi ki, Avropaya bu tam hesablanmamış müraciət Ermənistana təkcə “Zəngəzur dəhlizi” ilə deyil, bütün Sünikin (Zəngəzur) itirilməsi hesabına başa gələ bilər”, deyə qəzet yazır.Nəşrə görə sonda hakimiyyətyönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır.“Onlar hətta hesablayıblar ki, Qərb Ermənistana ən azı 7-8 il ərzində hər il 2-3 milyard dollar ayırmalıdır ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə və Rusiyadan ayrılmağa imkan versin. Rusiya regiondan sıxışdırılmalıdır. Yəni, bu “xəyanətin” qiyməti var və bunun da qiməti ildə 3 milyard dollardır”, deyə “Hraparak” davam edir.Qəzet yazır ki, Paşinyan öz komandasının narahatlıqlarına cavab olaraq bildirib ki, onlara heç bir qarantiya verilməyib.“Bununla belə, Baş nazir “Mülki Müqavilənin” nümayəndələrinin dar bir dairəsinə pıçıldayıb ki, Avropa sanki ən azı 1 milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razıdır”.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
282
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13975
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2994
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2111
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
711
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
617
Arda Gülər dayanmır, yenə fərqləndi -
590