EN

Tehran və Moskvada hazırlıq – “Bu, Azərbaycana da toxunacaq”

Rusiya və İran strateji əməkdaşlığı dərinləşdirir.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşır:
“Mətn üzərində işlər bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaq. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi-iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur.
Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluğuna raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri vardı, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. İndi Kreml İranı seçib”.
Elxan Şahinoğlu İran-Rusiya müttəfiqliyinin Azərbaycana mümkün təsirlərinə də toxunub:
“Rusiya-İran strateji tərəfdaşlığı və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər? Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırkı mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycan maraqlarına toxunacaq”. /teleqraf.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
206
36
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17702
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12655
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10068
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4304
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3905
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3258
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3085
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2651
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2277
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2120
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1601
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1109
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1023
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
986
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
978
Mayın ilk gününün havası açıqlanıb
892
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
793