Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Qırğızıstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarəti gücləndirən qanunun qəbulundan narahatlığını ifadə edib.
Ulusal.az xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin sözçüsü Metyu Miller müvafiq bəyanatla çıxış edib. Bu bəyanatı ABŞ-ın Bişkekdəki diplomatik missiyasının mətbuat xidməti yayıb.
Bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov qeyri-kommersiya təşkilatları haqqında qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişikliklərə əsasən, ölkədə xaricdən maliyyələşən və siyasi fəaliyyət göstərən təşkilatlara “xarici nümayəndə” statusu verilir.