EN

Türkiyədə azərbaycanlıların yaşadığı yerlərdə seçkini KİM UDUB?

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkiləri ilə bağlı maraqlı məqamlardan biri də qardaş ölkədə Azərbaycan türklərinin kompakt yaşadığı bəzi şərq vilayətlərində nəticələrin necə olmasıdır. Türkiyədə Azərbaycan türkləri əsasən Şərqi Anadoludakı İğdır, Kars, Ardahan və Ağrı vilayətlərində məskunlaşıblar. Qeyd etmək lazımdır ki, bu vilayətlərdə əhalinin hamısını heç də azərbaycanlılar təşkil etmir. Azərbaycan türkləri ilə yanaşı, digər xalqların nümayəndələri də regionun sakinləridir.

 

Modern.az sözügedən 4 vilayətin seçki nəticələrinə nəzər yetirib.

 

1. İĞDIR

 

 

İğdır vilayətində mərkəzi bələdiyyəni kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) əldə edib. DEM Partiyanın namizədi Mehmet Nuri Güneş 46.7 faiz səs toplayıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Ülkü Ocal isə 42.23 faiz səslə ikinci olub. İYİ Partiyanın namizədi 4.48, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi 2.88, Yenidən Rifah Partiyasının (YRP) namizədi isə 1.24 faiz səs alıb. Yerdə qalan namizədlər bir faizdən də az səs toplaya biliblər. Beləliklə, İğdır bələdiyyəsinin sədri DEM Partiyanın namizədi Mehmet Nuri Güneş olub.

 

 

İğdırın vilayət ümumi məclisinə seçkilərdə də çoxluq 45.03 faiz səs alan DEM Partiyanın olub. AKP 24.73, MHP isə 11.84 faiz səs alıb. Digər siyasi partiyalar 10 faizdən aşağı nəticə göstərib.

 

 

İğdır vilayətinin rayonlarına gəldikdə, Aralık rayonunda bələdiyyə sədrliyini AKP, Merkez rayonunda DEM Partiya, Tuzlucada CHP, Karakoyunluda isə MHP qazanıb. İğdırın Merkez rayonunun mahal (belde) bələdiyyələrində isə nəticələr belə olub: Hoşhaber - AKP, Melekli - MHP, Halfeli - DEM Partiya.

 

 

2. KARS

 

 

Kars vilayətində isə seçkilərin qalibi Milliyyətçi Hərəkat Partiyası (MHP) olub. MHP-nin namizədi Ötüken Senger 36.2 faiz səslə birinciliyi əldə edib. DEM Partiyanın namizədi Kenan Karahancı 28.98 faiz səslə ikinci yerə çıxıb. CHP-nin namizədi 17.24, İYİ Partiyanın namizədi 9.19, YRP-nin namizədi 3.57, DEVA Partiyasının namizədi 1.28, bitərəf namizəd Ayhan Bilgen isə 1.21 faiz səs yığıb. Yerdə qalan namizədlər bir faizdən az səs toplayıblar. Beləliklə, Kars bələdiyyəsinin sədri MHP-nin namizədi Ötüken Senger olub.

 

 

Kars vilayət ümumi məclisinə seçkilərin qalibi isə 24.58 faiz səslə DEM Partiya olub. AKP 21.92, CHP 18.42, MHP 18.25 faiz səs alıb. Digər partiyalar 10 faizdən aşağı nəticələr əldə ediblər.

 

 

Karsın rayonlarındakı seçki nəticələrinə görə, Arpaçayda AKP, Diqorda DEM Partiya, Kağızmanda DEM Partiya, Merkez rayonunda MHP, Sarıkamışda MHP, Selim rayonunda CHP, Susuz rayonunda CHP, Akyakada isə AKP namizədi bələdiyyə sədri seçilib. Diqor rayonundakı Dağpınar mahalının (belde) bələdiyyəsində isə DEM Partiya qalib gəlib.

 

 

3. ARDAHAN

 

 

Ardahanda yerli seçkiləri Cümhuriyyət Xalq Partiyası (CHP) udub. CHP-nin namizədi Faruk Demir 45.06 faiz səslə birinci olub. AKP-nin namizədi Yunus Baydar 43.51 faiz səs qazanaraq ikinci yerə çıxıb. DEVA Partiyasının namizədi 6.71, YRP-nin namizədi 1.12 faiz səs toplayıb. Digər partiyaların namizədləri isə 1 faizdən az səs toplayıblar. Bununla da Ardahan bələdiyyəsinin sədri CHP namizədi Faruk Demir olub.

 

 

Ardahanın vilayət ümumi məclisində isə AKP 28.27 faiz səslə qalib gəlib. CHP 28.04, MHP 12.36, DEM Partiya 11.89 faiz səs toplayıb. Digər partiyaların nəticələri 10 faizdən aşağı olub.

 

 

Ardahanın rayonlarında seçkilərin nəticələrinə gəldikdə, Merkez rayonunda CHP, Göledə CHP, Hanakda AKP, Posofda CHP, Damal rayonunda isə bitərəf namizəd Kemal Çamilyurt bələdiyyə sədri seçilib. Gölenin Köprülü mahal (belde) bələdiyyəsinin sədrliyinə Böyük Birlik Partiyasının (BBP) namizədi qələbə çalıb. Ardahanın Çıldır rayonunda AKP və CHP namizədləri bərabər sayda səs toplayıb, formal olaraq hakim partiyanın namizədi qalib elan olunub, lakin hər iki tərəf nəticələrin araşdırılması üçün müvafiq seçki qurumuna müraciət edib. Hələlik rəsmi nəticə bəlli deyil.

 

 

4. AĞRI

 

 

Ağrı vilayətində mərkəzi bələdiyyəni DEM Partiya qazanıb. Partiyanın namizədi Hazal Aras 51.07 faiz səs qazanıb. AKP-nin namizədi Mehmet Salih Aydın 33.7 faiz səslə ikinci olub. YRP namizədi 4.71, CHP namizədi 2.57, HÜDAPAR-ın namizədi 2.12, Zəfər Partiyasının namizədi 1.47, İYİ Partiyanın namizədi isə 1.03 faiz səs alıb. Yerdə qalan namizədlər 1 faizdən də az səs yığmağı bacarıblar. Beləliklə, Ağrı bələdiyyəsinin sədri postuna DEM Partiyanın namizədi Hazal Aras seçilib.

 

 

Ağrı vilayət ümumi məclisində də çoxluğu 46.19 faiz səslə DEM Partiya götürüb. AKP isə 26.25 faiz səs yığıb. Digər partiyaların səs faizi 10 faizdən aşağı olub.

 

 

Ağrının rayonlarında isə seçki nəticələrinə görə, Merkez rayonunda DEM Partiya, Diyadində DEM Partiya, Doğubayazıtda DEM Partiya, Eleşkirtdə AKP, Hamurda YRP, Patnosda AKP, Taşlıçayda DEM Partiya, Tutakda AKP qalib gəlib. Eleşkirt rayonunun Yücekapı mahal (belde) bələdiyyəsində YRP, Yayladüzü mahal bələdiyyəsində YRP, Tahir mahal bələdiyyəsində AKP namizədləri sədr seçiliblər. Ağrının Patnos rayonunun Dedeli mahal bələdiyyəsinin sədri vəzifəsini də AKP namizədi tutub.

 

 

Modern Təhlil və Araşdırma Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
246
4
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11842
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8572
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8058
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2293
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2019
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1854
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1749
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1453
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1113
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
874
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
708
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
457
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
367
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
352