Türkiyədə bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyənin yerli demokratiyaya sadiqliyini nümayiş etdirir.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell sosial şəbəkədə yazıb.
“Bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyəni şərəfləndirir və vətəndaşların yerli demokratiyaya sadiqliyini göstərir. Fundamental hüquqlar və demokratiya münasibətlərimizin əsasını təşkil edir: Türkiyəni Aİ-yə yaxınlaşdıran islahatlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.
The holding of the municipal elections in a calm & professional manner honours Türkiye & shows the citizens’ commitment to local democracy. Fundamental rights & democracy are at the core of our relations: looking forward to working together on reforms bringing ?? closer to the EU
— Josep Borrell Fontelles (@JosepBorrellF) April 1, 2024