EN

“77 yaşlı alimin küçədə ölməsinə imkan verməyin...” - Fotolar

“77
Professor Fazil Qaraoğlu bir neçə gündür ki, küçədə gecələyir. Alimə kömək ediləcəyi ilə bağlı məlumat verilsə də, onun hələ də evsiz-eşiksiz olduğu, ayağındakı ağrılardan əziyyət çəkdiyi məlum olub. 1news.az xəbər verir ki, onunla bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da paylaşım edib.
O qeyd edib ki, F.Qaraoğlunun yanına gedərək onunla söhbətləşib, alimə hoteldə qalmağı təklif etsə də, o imtina edib. Səbəb isə əl yazmalarını, illərcə topladığı sənədləri küçədə qoyub gedə bilməməyi olub: “ Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. Artıq 4 gecədir, küçədə gecələyir”. Ş.Xuduoğlunun sözlərinə görə, alim “Ermənilər və Həqiqətlər- sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib: “Bununla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir kirayələrdə yaşayır”. “Quran kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib bir insandır. Amma bu nəcib insanı məhz elə bu gecə itirə bilərik. Ona mütləq ev verilməlidir, o yaşamalıdır”, - deyə Ş.Xuduoğlu qeyd edib. “Ali & Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə əlavə edib ki, alimin vəziyyəti yaxşı deyil, onun ayaqlarında da problem var. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, məsələ diqqətdədir, məlumat veriləcək.

Qeyd edək ki, professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcimdir. Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
150
46
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38684
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24263
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19261
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14880
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14545
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11629
Helikopterin qalıqları tapılıb
11171
Abdullahianın cəsədi tapıldı - FOTO
10309
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6521
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5713
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4832
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4344
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3435
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3337
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2392