Hollivud ulduzu Bred Pitt uşaqların birgə qəyyumluğu tələbindən imtina edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ancelina Coli ilə Pitt arasındakı məhkəmə davasının yayda yekunlaşacağı gözlənilir.
"Miraval Castle" şərab zavoduna nəzarət üzərində hüquqi mübarizə isə hələlik davam edir.
2016-cı ildə Coli ilə yollarını ayıran Pitt uşaqlarına birgə qəyyumluq tələb etməyi dayandırıb, o, tam qəyyumluğun Coliyə verilməsinə etiraz etməyib.
Pitt uşaqlarını ziyarət etmək hüququ qazanacaq.
BiG.Az