EN

"Rusiya qalib gələrsə, bütün Avropa təhdid altında olacaq" - BERBOK

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq istəmir”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

XİN rəhbəri həmçinin Rusiya liderini NATO-nu silahlı qarşıdurmaya sürükləmək istəməkdə ittiham edib.

Nazir əlavə edib ki, Rusiya Ukraynada qalib gələrsə, bütün Avropanın təhlükəsizliyi və beynəlxalq nizam təhdid altında olacaq.

Berbok Almaniya kanslerinin Putindən qorxması ilə bağlı açıqlamalara da münasibət bildirib və əlavə edib ki, bu məlumat doğru deyil.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
215
8
azpost.info

10Sources