EN

"Çox xoşbəxtəm, özümü evimdəki kimi hiss edirəm" - Yığmamızı çalışdıran braziliyalı

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Joanildo Kosta Junior Avropa çempionatına vəsiqəni hədəfləyir.

Sportinfo.az xəbər verir ki, bunu braziliyalı mütəxəssis Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə açıqlamasında deyib.

O, məqsədə çatmaq üçün çox çalışdıqlarını bildirib:

“Təqdirəlayiq haldır ki, Azərbaycanın gənc idmançıları məşqlərə ciddi yanaşırlar. Bu istiqamətdəki irəliləyişi yüksək qiymətləndirirəm. U-18 komandaların Avropa çempionatında hədəfimiz yüksəkdir.

Hər mərhələdə uğurla çıxış edərək, mümkün qədər irəliləməyə çalışacağıq. Prioritetimiz əsas mərhələyə vəsiqə qazanmaqdır. Bundan sonra finala qədər oyun-oyun irəliləmək niyyətindəyik”.

O, Azərbaycanda özünü xoşbəxt hiss etdiyini söyləyib:

“Bakıda çox xoşbəxtəm. Özümü evimdəki kimi hiss edirəm. İnsanlar şən və qonaqpərvərdirlər.

Ölkədə təhlükəsiz mühit mövcuddur və bu, hazırlığımızın keyfiyyətinə əhəmiyyətli dərəcədə töhfə verir”.

Joanildo Kosta Junior Türkiyənin Antalya şəhərində təşkil edilən təlim-məşq toplanışını da dəyərləndirib:

“Antalyadakı hazırlıq komandamızın texniki, taktiki və fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gündəlik iki dəfə məşq etdik, həmçinin eyni yaş kateqoriyasından olan Türkiyə voleybolçuları ilə yoxlama oyunları keçirdik.

Bütün bunlar bizə çatışmazlıqları və səhvlərimizi müəyyənləşdirməkdə, eləcə də texniki və taktiki hazırlıqlar üzərində daha artıq işləməyimizdə çox kömək olur.

Burada çimərlik voleybolu, ümumiyyətlə, idmanla peşəkar səviyyədə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Antalya toplanışı ümumilikdə çox uğurlu və səmərəli alındı”.

Azərbaycanın U-18 millisi Antalyada təşkil olunan 14 günlük təlim-məşq toplanışını yeni başa vurub. Yığmamız orada yerli komandaya qarşı 12 sınaq matçı keçirib, bunun 8-də qələbə qazanıb.

Chosen
124
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19341
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18997
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18049
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17350
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15857
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15792
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15505
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15088
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11597
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11135
"Zaur, yenə çaşdın..." - VİDEO
8751
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7834
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7294
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7224
Minimum əmək haqqı nə qədər arta bilər?
6964
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6936
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5961
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5649