İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV-i İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Xatırladaq ki, martın 28-də İran mediası Baku TV-nin müxbirinə müsahibə verdikdən sonra səfiri istefaya çağırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun