Sumqayıtda zavodda ölüm baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb.
Zavodda fəhlə işləyən 35 yaşlı Haciyev Elşən Rasim oğlunun iş zamanı öldüyü bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.