EN

YAP-ın Pirallahı rayon təşkilatı soyqırımla bağlı anım tədbiri keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının “Zeytunluq küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil edilib.

"Unikal" xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Xəyalə Cavadova və 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov 106 il əvvəl mənfur ermənilərin Azərbaycan xalqına, xüsusilə dinc insanlara - qadın, uşaq və yaşlılara qarşı törətdikləri vəhşiliklərdən danışıblar. Bakı, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlının amansızlıqla qətlə yetirildiyi bildirilib.

Qeyd olunub ki, 31 mart soyqırımına Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.  Həmçinin mart soyqırımı barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə  Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. 

Çıxışlarda Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin, soyqırımı qurbanlarının da qanını yerdə qoymadığı xüsusi vurğulanıb. 

Sonda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Chosen
124
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19420
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19005
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18057
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17364
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15877
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15841
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15564
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15117
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11623
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11150
"Zaur, yenə çaşdın..." - VİDEO
8758
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7835
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7335
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7238
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7044
Minimum əmək haqqı nə qədər arta bilər?
6969
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6765
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5977
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5650