EN

Ölkəmizin yaratdığı infrastruktur Çinin reallaşdırdığı strategiyaya uğurlu təsirini göstərir

Eldəniz Əmirov: Ölkələrimiz arasında münasibətlərin inkişafında Çin məhsullarının Avropaya ixracı zamanı Azərbaycan tranzit ölkə baxımından əhəmiyyətli rol oynayır

Azərbaycanın müasir dünya düzənində qurduğu uğurlu diplomatik münasibətlər çoxsaylı ölkələrlə iqtisadi əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan-Çin münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb.   Ölkələr arasında ikitərəfli münasibətlərin bugünkü səviyyəsinə dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələri müsbət təsir etməkdədir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırması da təsadüfi deyil. Ölkəmiz üçün gücli idxala və ixracata sahib olan Çin Xalq Respublikası kimi dövlətlə iqtisadi əlaqələrin dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlıq genişləndirilir. Çin də Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir.  

Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin ardıcıl inkişafını, strateji tərəfdaşlıq münasibətlərini “İki sahil”ə təhlil edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanla Çin Xalq Respublikası arasındakı ticarət dövriyyəsi son dövrlərin ən yuxarı səviyyədə artan ticarət dövriyyəsidir: “İqtisadi münasibətlərdə misal olaraq iki ölkə arasında 2021-ci ildə təxminən 1.6 milyard dollarlıq ticarət dövriyyəsi var idi. 2022-ci ildə bu dövriyyə artaraq 2,2 milyard 179 milyon dollara çatıb. 2023-cü ildə isə iki strateji tərəfdaş ölkə arasındakı dövriyyə 3,1 milyard dollara çatıb. Bu isə 2021-ci ilin ticari əlaqələr göstəricisindən təxminən iki dəfə çox deməkdir. Yəni, 2 il ərzində əlaqələrdə 100 faiz artım müşahidə olunub.”

Ekspert bildirib ki, Çinlə Azərbaycan əlaqələrində ticarət dövriyyəsinin artmasında birmənalı olaraq tərəfdaş ölkənin ixrac həcminin  payı 97 faizdən artıqdır: “Bu isə Çinin Azərbaycana daha çox məhsul ixracı üstünlük təşkil edir. Məhsul çeşidlərinə gəldikdə də Çin daha çox üstünlük təşkil edir. Bu məhsullar arasında elektron avadanlıqların, o cümlədən telefonların, smartfonların idxalı üstünlük təşkil edir. Azərbaycandan isə daha çox neft məhsulları üstünlük təşkil edir.”

Eldəniz Əmirov vurğulayıb ki, Çinlə Azərbaycan arasında olan münasibətlər təkcə ticarət dövriyyəsi formasında deyil, eyni zamanda Çin məhsullarının Avropaya ixracı zamanı Azərbaycanın oynadığı tranzit ölkə baxımından da əhəmiyyətli rol oynayır: “Çin Xalq Respublikasının 2013-cü ildə başladığı “Bir kəmər, bir yol”  layihəsinə Azərbaycan 2015-ci qoşularaq birmənalı olaraq öz təhfəsini vermişdir. Çindən Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan, Çinin “Bir yol, bir kəmər” təşəbbüsünün tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ikitərəfli əməkdaşlıqda əhəmiyyətli yer tutur. Ölkəmizin yaratdığı infrastruktur, yəni istər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və reallaşdırdığı digər layihələr Çinin “Bir kəmər, bir yol” təşəbbüsü istiqamətində apardığı strategiyaya uğurlu təsirini göstərmişdir. Təbii ki, bu da iki ölkə arasında olan münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.”

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
62
Sources
Comment ()
Close

Rating

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14315
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13697
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13442
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11880
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9669
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8273
"Zaur, yenə çaşdın..." - VİDEO
7399
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5551
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3750
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3742
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3477
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3417
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3293
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3123
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2983
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2975
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2768
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2689
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2538