EN

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil.

Gununsesi.info-nun  əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər.

Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətinin pandemiya dövrünün bitdiyini elan etməsindən sonra verilib. Bu  məlumatı Dövlət Sərhəd Xidmətindəki mənbə də təsdiq edib.

Bildirilir ki, bu, dövlətlərin müvafiq qurumları ilə əldə olunan razılaşma ilə bağlıdır.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyası təhlükəsinə görə Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının müddəti növbəti dəfə iyul ayına qədər uzadılıb.

Baş nazir parlamentdə deputatların suallarına cavab verərəkən “qərar mənim tərəfimdən verilib” desə də onun gerçək səbəblərini açıqlamaqdan imtina edib.

Onu da xatırladaq ki, qüvvədə olan qadağaya görə Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar ölkə ərazisinə yalnız təyyarə vasitəsi ilə gələ və ya gedə bilərlər.

Ölkədə  təyyarə biletlərinin əlçatmaz olması isə vətəndaşları çıxılmaz duruma salıb.


Telegram kanalımız
Chosen
86
6
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16698
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16260
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15715
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13776
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12684
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9823
"Zaur, yenə çaşdın..." - VİDEO
7968
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6559
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6331
Minimum əmək haqqı nə qədər arta bilər?
6132
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5406
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5322
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4577
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4312
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4254
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3304
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3296
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3071
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3031