EN

“5 min verməsən qızların çəkdiyi videoları internetə qoyacam” - Müğənni Elçin Zəkanın cinayət işi 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Unikal”ın məlumatına görə, məhkəmədə zərərçəkmiş qismində tanınan Elçin Kişiyev sərbəst ifadə verib:

“İlk olaraq məni döyüblər, telefonla videoya çəkiblər, üstümə dəqiq bilmirəm ya Heydər, ya da Zeynal bıçaq çəkib. Mən özümdə olmamışam, hadisələr dəqiq yadımda deyil. 5 min manatı isə məndən Heydər istəyib”. 

Təqsirləndirilən şəxslərdən Heydər Əkbərov Elçin Kişiyevin dedikləri ilə razılaşmayıb, konkret onda bıçağın olmadığını qeyd edib:

“Necə olur lazım olanlar yadında qalmır, pul səhnəsi yadında qalır. Bəli, 5 min manat pul istəmişəm, demişəm verməsən qızların telefonuna çəkilən videolarını internetə qoyacam, döymüşəm, etiraf edirəm. Evdən çıxandan sonra həmin videoları qızların telefonundan silmişəm”. 

Təqsirləndirilən Zeynal Yusifov isə Elçin Kişiyevi vurmağını etiraf edib:

“Ancaq əli-qolu bağlı vəziyyətdə vurmamışam. Pulu mən tələb etməmişəm, ümumiyyətlə pul məsələsindən xəbərim olmayıb”. 

Məhkəmənin bu yerində hakim Elnur Nuriyev təqsirləndirilən Heydərə “Cinayəti bir yerdə eləmisiz, bəs Zeynalı puldan qıraq niyə qoymusuz?” deyə sual verib.

Sonra təqsirləndirilən Rəhimə Əşrəfzadə Elçin Kişiyevin ifadəsində bəzi məqamlara aydınlıq gətirib: “Gecə Elçinin evinə bacıma görə getmişdim. 2 gün bundan qabaq bacıma səs atıb ki, evimə gəl. Yəni Elçin bizimlə yaxın münasibətdə olmaq istəyib".  

Elçin Kişiyevin ifadəsindən sonra onun qardaşı Rövşən Kişiyev şahid qismində ifadə verib: “Keçən ilin iyun ayının 5-dən 6-na keçən gecə Elçin zəng elədi mənə ki, halım pisdi, gəl bizə. Mən gəlib, gördüm halı pisdi, ev pis gündədir, evə gələnlər əsas zalı dağıdıblar. Elçin dedi ki, gələnlər məndən 5 min pul istəyiblər, dedilər saat 5-ə kimi pulu gətir. Ondan sonra mən başladım aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına şikayət etdim, tutuldular. Mən əvvəllər hüquq-muhafizə  orqanlarında işləmişəm.  Mənimlə bir dəfə Heydərin qohumları, bir dəfə isə Zeynalın ata-anası görüşüb. Ancaq nə üzrxahlıq, nə barışıq olmayıb. Nə də pul təklif ediblər".

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2 maddələri ilə ittiham irəli sürülüb. Rəhimə Əşrəfzadə və bacısı Hökümə Əşrəfzadə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Azər İsrafilov

Chosen
161
17
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18399
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17709
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16958
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15490
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15460
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14557
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13514
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13164
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10917
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10891
"Zaur, yenə çaşdın..." - VİDEO
8524
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7528
Minimum əmək haqqı nə qədər arta bilər?
6738
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6725
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6316
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5546
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5443
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5344
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4987