“Türk Hava Yolları” təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.
Avtosfer.a-ın məlumatına görə, bu barədə Liviyanın "Al Wasat" informasiya portalı xəbər yayıb.
Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək, “Türk Hava Yolları”nın uçuşlarının bərpasının “digər beynəlxalq hava yolları üçün ümidverici addım” olduğunu bildirib.
Türkiyə şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.
Report