EN

Makronun Silva ilə FOTOları ölkəni silkələdi

Tarix: 29 Mart 2024 14:16

Fransa Prezidenti Emmanuel Makronun Braziliya Prezidenti Lula da Silva ilə romantik fotoları internetdə böyük səs-küyə səbəb olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, Fransanın nüfuzlu nəşrləri bu fotolarla bağlı yazılar dərc edib.
Sosial şəbəkə istifadəçiləri də fotonu həddən çox səmimi olduğunu bildiriblər. Bəzi şərhlərdə "onlar Amazonda evlənəcəklər və bal ayı Parisdə olacaq" kimi fikirlər də yer alıb.
Sözügedən fotolar ötən gün Emmanuel Makronun Braziliyaya üçgünlük səfəri zamanı çəkilib.
Fotoşəkildə iki dövlət başçısının qayıqda əl-ələ tutması əks olunub.
"Quardian" yazıb: "Rəsmi fotoşəkillər beynəlxalq diplomatiyadan daha çox romantik bir qaçış idi".
Makron X hesabında sosial media istifadəçilərinə cavab verməli olub:
"Bəziləri mənim Braziliyaya səfərimdə çəkilən fotoları toy fotolarına bənzətdi. Mən onlara deyirəm ki, bəli, belə olub. Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir".

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
179
10
sonxeber.net

10Sources