EN

Taksilərlə bağlı qərar "Prius"ları ucuzlaşdıracaq? –

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti qərarına əsasən, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi fəaliyyəti göstərən minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunmayacaq.Bu qərarın buraxılış ili köhnə olan avtomobillərə, xüsusən də "Toyota Prius" markalı avtomobillərinin qiymətinə təsir edəcəyi gözlənilir. Məsələ barədə Metbuat.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, bu qərar ümumiyyətlə avtomobil bazarına təsir edəcək qərar deyil:
“Hesab edirəm ki, təsir olsa da bu çox minimal səviyyədə hiss edilə bilər. Bu barədə indi danışmaq çox tezdir. Bildiyiniz kimi, taksi fəaliyyəti ilə məşğul olan insanlara möhlət verilib. Qərara əsasən, iyul ayının birinə qədər taksi fəaliyyəti ilə məşğul olan insanlar həmin avtomobilləri qeydiyyatdan keçirə biləcəklər. Ümumiyyətlə, bazara təsir edən və qiymətlərin dəyişməsinə səbəb olan amillər başqadır”. Ekspert onu da qeyd edib ki, bu qərarda əsas məqsəd taksi xidmətini daha keyfiyyətli və təhlükəsiz etməkdir. Qeyd edək ki, yeni qərardan sonra bazarda satışa çıxarılan “Prius” markalı avtomobillərin sayı kəskin artıb. Bəzi məlumatlara görə, taksipark sahibləri hətta toplu şəkildə ucuz qiymətə sadalanan markadan olan avtomobilləri satışa çıxarıblar.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
124
20
Sources
Comment ()
Close

Rating

"Zaur, yenə çaşdın..." - VİDEO
191
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
82
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
55
Xocalı Rayon Məhkəməsinə sədr təyin olundu
49
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
33
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
31
Şuşa şəhərinə növbəti köç yola salınır
31
ИИ поможет расшифровать письменность древней цивилизации
30
Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib - FOTO
29
Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var
28
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
28
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 3 %-ə yaxın artıb
26
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25
Mahirlə Musa üçün çətin seçim: Avropada qalsınlar, yoxsa vətənə dönsünlər?
25
ABŞ-li bloqer 26 “Tesla” elektromobilini pulsuz paylayacaq - FOTO
25
Aparıcı Namidə İsayevaya vəzifə verildi
22
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
22
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
20
Deputat: "Bir neçə yaxın dostum bu araqlara görə həyatını itirib"
15
Anasının cəzalandırdığı 5 yaşlı uşağın meyiti tapıldı - FOTO
13