EN

Bir böyrəyin olmaması zamanı əlillik təyin edilib-edilməməsinə aydınlıq gətirilib

Böyrək xəstəliklərində əlilliyin təyin edilməsi orqanizmin funksiyasını yerinə yetirməsi əsasında müəyyən edilir. Yəni xroniki böyrək xəstəliyinin səviyyəsinə uyğun olaraq təyin edilir.

APA xəbər verir ki, bunu Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamenti müdirinin müavini İlkin Yusifov əlilliyin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, bir böyrəyin olmaması, digər böyrəyin funksiyalarını tam yerinə yetirməsi hallarında əlillik dərəcəsi təyin edilmir:

“Əgər funksiya pozuntusu varsa, bu, müayinə və müalicə əsasında təsdiqini tapmalıdır və bundan sonra həkim məsləhət komissiyası tərəfindən göndəriş əsasında rəsmiləşdirilməlidir”.

O xatırladıb ki, əlilliyin təyin edilməsi üçün vətəndaş ilk olaraq qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir:

“Burada müraciət edən şəxs həkim məsləhət komissiyaları tərəfindən müayinə olunur və əlilliyin təyinatına əsas verəcək hansısa ağırlaşmalar, orqanizmdə həyat fəaliyyətinə mane olacaq funksiyaların pozulmaları müəyyən edilirsə, elektron qaydada tibbi sosial ekspertiza müayinəsinə göndəriş verilir. Bu göndəriş onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi elektron informasiya sisteminə daxil olur. Bu zaman göndəriş avtomatik şəkildə adsızlaşdırılır. Yəni şəxsin kimliyini müəyyən edən birbaşa və dolayı məlumatlar silinir, şəxsin ancaq tibbi məlumatları qalır. Tibbi sosial ekspert komissiyaları tərəfindən göndəriş əsasında qiymətləndirmə aparılır. Bu zaman şəxsin göndərişdə qeyd edilmiş xəstəlikləri, ağırlaşmaları, yanaşı xəstəliklər, stasionar müalicələrin nəticələri kompleks şəkildə qiymətləndirilir və bundan sonra əlilliyin təyinatı aparılır. Əks halda isə imtina qərarları verilə bilər”.

İmtina qərarının hansı halda verilməsinə aydınlıq gətirən İlkin Yusifov deyib ki, göndərişin natamam doldurma səbəbi ilə təsdiq edən tibb müəssisəsinə geri göndərilməsi əlilliyin təyinatında imtina hesab edilmir:

“Göndərişdə natamamlıq və uyğunsuzluqlar olduğu halda tibb müəssisəsinə geri göndərilirsə, bu zaman vətəndaş yenidən müayinəyə çağırıla bilər”.

Chosen
102
5
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18490
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17792
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17023
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16271
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15521
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14679
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13850
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13576
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11039
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10921
"Zaur, yenə çaşdın..." - VİDEO
8546
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7562
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6796
Minimum əmək haqqı nə qədər arta bilər?
6765
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6377
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5795
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5500
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5400
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5019