EN

AMB rəsmisi: "Bankların aqrar sektora kreditləri 1,5 milyard manatı keçib"

2023-cü ilin sonuna Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin qalıq məbləği 1,5 milyard manatdan çox olub.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, bunun ¼ hissəsi dövlət fondlarının, ¾ hissəsi isə bankların öz vəsaitlərinin hesabına verilib.

"İqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərüffatının kreditləşməsinin stimullaşdırılması AMB-nin requlyativ siyasətinin prioritetlərindən biridir", - deyə o qeyd edib.

“Bu ilin yanvar ayında təsdiq etdiyimiz “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” maliyyə sektorunun effektivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı sektorun əlçatanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hədəfləyir.

Strategiya həmçinin aqrar sığorta sisteminin yenidən dizayn edilməsini, bu əsasda alternativ əməliyyat modellərinin müəyyən edilməsini nəzərdə tutur. Ümumilikdə isə, maliyyə sektoru üzrə həyata keçirilmiş tədbirlər maliyyə sektorunun dərinliyini artırıb. 2023-cü ilin sonuna bankların kredit qoyuluşu qeyri-neft-qaz ümumi daxili məhsuluna (ÜDM) nisbətdə 30 %-ə çatıb. Bankların biznes krediti portfeli 16,2 % artıb. Biznes portfelində kənd təsərrüfatı sektoruna verilmiş kreditlərin payı əvvəlki illərlə müqayisədə artıb və ötən ilin sonuna 12 %-ə çatıb. Son 3 ildə isə bankların aqrar portfeli 62 % və yaxud 500 milyon manatdan çox artıb", - deyə sədr müavini əlavə edib. (Report)

Chosen
19
49
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18220
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17577
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16785
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15304
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14292
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13506
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12800
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12142
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10743
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10606
"Zaur, yenə çaşdın..." - VİDEO
8447
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7394
Minimum əmək haqqı nə qədər arta bilər?
6617
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6545
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5266
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5215
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4838
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
4533