EN

Siyavuş Novruzovdan həmkarlarına CAVAB – “Deputatlar özləri nə vaxt bələdiyyəyə vergi veriblər?!”

“Türkiyədə və Azərbaycanda bələdiyyələr tamamilə başqa sistemlərdir. Türkiyədə bələdiyyələr bina tikintisinə icazə verir, oradan 10 faiz vergi götürür. Həmin vəsaitlərlə də sosial fəaliyyətləri icra edirlər. Ölkəmizdə isə belə deyil”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarlarına cavab olaraq bildirib. 

“Ölkəmizdə vətəndaşların 60 faizi bələdiyyə vergilərini ödəmir. Soruşun burada əyləşən deputatlar sonuncu dəfə nə zaman bələdiyyəyə vergi veriblər?! Dövlət büdcəsindən verilən vəsaitlə bələdiyyəyə o səlahiyyət verilmir ki, həmin puldan istədikləri kimi istifadə etsinlər. 
Digər tərəfdən, ölkəmizdə 1606 bələdiyyə var, 16 mindən artıq şəxs bələdiyyə üzvü seçilib. Bunların hamısının ayrı-ayrılıqda maliyyələşməsi qeyri-mümkündür”. 

Qeyd edək ki, daha əvvəl çıxış edən deputat Fazil Mustafa çıxışı zamanı bələdiyyələrin vəsaitlərinin az olmasına diqqət çəkib. O, Türkiyə təcrübəsini örnək gətirərək, bələdiyyələrin fəaliyyəti ilə bağlı dəyişikliklərin edilməsinin vacib olduğunu qeyd etmişdi.  
Digər deputat Qüdrət Həsənquliyev də bələdiyyələrin bölgüsü və maliyyə vəsaitləri ilə bağlı bir sıra problemləri çıxışı zamanı diqqətə çatdırmışdı. Millət vəkili əhali sayının yalnız 3 min nəfərdən çox olduğu yaşayış məntəqələrində bələdiyyələrin yaradılmasını doğru hesab etmədiyini bildirmişdi.  

Murad Əhmədov, Bizim.Media

Chosen
30
Sources
Comment ()
Close

Rating

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14793
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14687
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14673
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12373
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10787
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8802
"Zaur, yenə çaşdın..." - VİDEO
7626
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5755
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4716
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4256
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4251
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3999
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3930
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3687
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3097
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3081
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2844
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2829
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2691