Ermənistan rusiyalı aparıcı Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb.
Bu qərarın səbəbi kimi Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən son vaxtlar qeydə alınan daimi pozuntular göstərilir.