EN

Antimilli ünsürlərə tezisləri kim və niyə ötürür?

Azərbaycandakı redikül müxalifət düşərgəsinin təmsilçilərinin ara vermədən ölkəmizin və xalqımızın milli maraqlarına qarşı fəaliyyətlər sərgiləmələri hər kəsə bəllidir. O cümlədən qondarma “milli şura”çılar, xaricdə məskunlaşmış filankəs O qızı, Qənimət Zahid kimi antimilli ünsürlər son vaxtlarda davamlı olaraq Azərbaycana qarşı sanksiya çağırışları səsləndirir, ölkəmizi Avropa ilə “süni gərginlik yaratmaq”da ittiham edirlər. Demək olar ki, hamısı eyni məzmunlu cümlələri təkrarlayır. Belə olan halda, sual yaranır: Antimilli ünsürlərə bu tezisləri kim və hansı mənbələr  ötürür?

Suala cavab vermək üçün Amerikanın yenidən kəşf edilməsinə lüzum yoxdur. Hər şey, necə deyərlər, gün kimi aydındır. Hazırda müstəqillik yolunda inamlı addımlar atan, inkişaf edən və uğurlar qazanan  Azərbaycana qarşı sərsəm iddialar əsasən iki mənbədən - xaricdəki Azərbaycanafob dairələrdən və ölkə daxilindəki rediküllərdən eşidilir. Xaricdəki Azərbaycanafob dairələrdə “liderlik” mövqeyi Fransaya, daha dəqiq desək, prezident Emmanuel Makronuun formalaşdırdığı iqtidar komandasına məxsusdur. Bugünkü Fransanın anti-Azərbaycan siyasətinin “səbəbləri” bəllidir. Bir tərəfdən Azərbaycan müstəqil siyasət kursu həyata keçirir, milli maraqlarını yüksək səviyyədə təmin edir. Ölkəmiz 2020-ci və 2023-cü illərdə tarixi zəfərlərə imza atmaqla Fransanın havadarlıq etdiyi Ermənistanın işğalçılıq siyasətinə son qoyub, özünün ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub. Təbii ki, bu da Fransadakı güclü erməni lobbisinin yedəyində gedən E.Makron iqtidarını rahat buraxmır.

Fransanın Azərbaycana yönəlik davamlı aqressiyasının digər bir “səbəbi” isə respublikamızın bu ölkənin neokolonializm siyasətinin ifşası istiqamətində atdığı qətiyyətli addımlardır. Artıq neokolonializmlə ardıcıl mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupu formalaşıb və onun səmərəli fəaliyyəti öz nəticələrini verir. Bu gün Fransa keçmiş müstəmləkə ölkələrində baş qaldıran etirazların qarşısını almaqda acizdir.

Bax bu iki mühüm amil ümumavropa adından çıxış edən Fransanı Azərbaycana  qarşı adekvat olmayan yanaşmalar sərgiləməyə sövq edir ki, bunun da əks təsirləri məhz E.Makron hakimiyyətinin uğursuzluqlarında özünün büruzə verir. Suda batan saman çöpünü də özünə ümid yeri sanar, deyiblər. Ölkəmizə təsir imkanları sıfıra bərabər olan Fransa kimi Azərbaycanafob dairələr də respublikamızdakı rediküllərin timsalında özlərinə dayaq məntəqələri yaratdıqlarını düşünürlər. Beləliklə, biz sapı özümüzdən olan baltaların - “beşinci kolon” təmsilçilərinin xaricdəki Azərbaycanafob dairələrlə koordinasiyalı fəaliyyətlərinin şahidi oluruq. Fransa kimi ölkələr, AŞPA kimi təsisatlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir, ölkəmizə sanksiyalar tətbiq olunmasını gündəmə gətirməyə çalışırlar. Paralel şəkildə oxşar səslənmələr rediküllərdən eşidilir. Məsələn, son vaxtlarda AXCP sədri Əli Kərimli, Qənimət Zahid, filankəs O, qızı və digərləri ölkəmizi Avropa ilə münasibətləri korlamaqda ittiham etməyə çalışırlar. Rediküllərə bu kimi tezislər bəlli mərkəzlərdən gəlir. Bununla onlar Azərbaycanafob dairələrin Azərbaycana qarşı sanksiya çağırışlarına hansısa “əsaslar” olduğu görüntüsü yaratmaq istəyirlər.

Aydın məsələdir ki, “göy” hərisi olan rediküllər bu qəbildən olan antimilli fəaliyyəti Azərbaycanafob dairələrdəki şəriklərinin ala gözlərinə, qara qaşlarına aşiq olub da həyata keçirmirlər - bunun müqabilində böyük həcmlərdə maliyyə tranşları, qrantlar alırlar. Necə deyərlər, əl əli yuyur, əl də qayıdıb üzü.  

Ancaq o da həqiqətdir ki, A?ərbaycanafob dairələrin və rediküllərin sinxron fəaliyyəti heç bir nəticə vermir. Azərbaycan özünün prinsipial siyasətini həyata keçirir. Bəzilərinə isə ancaq aya, ulduza hürmək qalır...

MÜBARİZ

Chosen
65
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18902
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18885
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17994
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17281
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15793
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15449
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15193
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15019
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11492
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11103
"Zaur, yenə çaşdın..." - VİDEO
8707
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7041
Minimum əmək haqqı nə qədər arta bilər?
6933
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6696
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5934
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5857
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5615