ACI XƏBƏR gəldi: İdrak Camalbəyli Kiyevdə vəfat etdi
Azərforum “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib.
bu barədə “AzərTac”ın Ukraynadakı xüsusi müxbiri Emil Hüseynli məlumat verib.
O bildirib ki, jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib.