Futzal üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Futbolpress.az xəbər verir ki, "Neftçi" İK, "Baku Fire", "Araz-Naxçıvan" və PFL yarımfinala vəsiqə qazanıb. Final yolunda "Neftçi" İK "Baku Fire" ilə, "Araz-Naxçıvan" isə PFL-lə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 21-də keçiriləcək. Azərbaycan Kuboku 1/4 final "Neftçi" İK – "Yasamal Bakı" 6:4 "Baku Fire" – U-19 10:3 "Araz-Naxçıvan" – "Baku Fire-2" 6:5 PFL – "Bakı" 6:3 tags tags