Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, mağaza satıcıları ilə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.