Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda işgüzar səfərdə olacaqlar.
Modern.az xəbər verir ki, İrəvanda və Aİ müşahidəçilər missiyasının ofisində görüşlər planlaşdırılır.
Səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir.
Nümayəndə heyəti Azərbaycan və Gürcüstana da səfər edəcək.