EN

Oruc tutmaq xərçənglə mübarizədə mühüm rol oynayır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.Metbuat.az türkiyəli doktor Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir.O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib: “Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir”.Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir.

“Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir”, - deyə həkim əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
182
15
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17628
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12626
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10044
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4261
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3865
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3237
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3072
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2628
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2268
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2118
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1594
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1108
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1019
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
974
Mayın ilk gününün havası açıqlanıb
890
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
788