EN

Eldar Əfəndiyev vəfat etdi - FOTO

Azərbaycanın əməkdar hüquqşünası, prokurorluğun veteranı Eldar Əfəndiyev vəfat edib.Olaylar.az xəbər verir ki, o, 74 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.Qeyd edək ki, E.Əfəndiyev 1950-ci ildə anadan olub. O, 1979-cu ildən prokurorluq orqanlarında işləyib. Əvvəllər Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb və 2010-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Əfəndiyev Eldar Məmməd oğlu 2008-ci ildə Azərbaycanın əməkdar hüquqşünası fəxri adına layiq görülüb.Allah rəhmət eləsin! (iqtisadiyyat.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
165
35
olaylar.az

10Sources