EN

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir – VİDEO

Prezident İlham Əliyevin göstərişləri əsasında “Azərişıq” ASC Göyçayda da əsaslı təmir və yenidənqurma işləri aparır. Rayon ərazisində istismar müddəti bitmiş dayaqlar müasir metal dayaqlarla əvəz olunur, izolyasiyalı kabel xətləri çəkilir.

Doğru.az xəbər verir ki, şəhərlə yanaşı Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Mırtı kəndində 35/10 kV-luq, 6.3 MeqaVatt gücündə yeni yarımstansiyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya 35 kV-luq 7.5 km uzunluğunda hava xətti çəkilir.

Mırtı yarımstansiyası rayonun 12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra 5 min abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda 110/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan 10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam edir. Həmçinin, 0.4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəzlənir. Ümumilikdə, İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
18
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18242
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12885
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4540
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4197
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3385
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2723
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2390
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2147
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1646
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1130
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
809
Arda dubl etdi - VİDEO
801