Rusiya hava hücumundan müdafiə sistemi Belqorod üzərində iki PUA-nı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Hava hücumundan müdafiə sistemləri şəhərə yaşınlaşan iki təyyarə tipli PUA-nı vurub. İlkin məlumatlara görə, itki yoxdur”, - Qladkov bildirib.