EN

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

Bakı, 28 mart, AZƏRTAC

Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalının direktoru, kinoprodüser Fehruz Şamıyev martın 29-dan aprelin 1-dək Qırğızıstanda keçiriləcək “Umut” XI Beynəlxalq Gənc Kino Forumunda münsiflər heyətinin tərkibinə daxil edilib.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, kino forumu çərçivəsində Çingiz Aytmatov adına Kino evində azərbaycanlı kinoprodüser Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalı haqqında məlumat verəcək və laureat filmlərin proqramını təqdim edəcək. Bu ekran əsərlərinin arasında Türkan Hüseynin “Son fotoşəkil”, Qulu Əsgərovun “Hasar”, Amil Məmibəylinin “Titrəmə” filmləri var.

“Umut” Gənc Kino Forumu 2013-cü ildən keçirilən beynəlxalq kinematoqrafiya tədbiridir. Bu, gənc və yaşlı nəsillərə mənsub rejissorlar arasında ünsiyyət üçün yaradıcı və təhsil platformasıdır. Forumun məqsədi istedadlı gənclərin yaradıcılığını dəstəkləmək, yeni adları ortaya çıxarmaq, gənc kinorejissorların peşəkar inkişafını təşviq etməkdir.

Bu il forum Qırğız Respublikasının xalq artisti, sənədli filmlər rejissoru Bekeş Abdıldayevin 90 illik yubileyinə həsr olunub və “Tələb olunan nəslə sevgi ilə” şüarı altında keçiriləcək. Proqrama qısametrajlı filmlərin, dünya kinofestivallarının qaliblərinin və iştirakçılarının filmlərinin nümayişi, kino layihələrinin qısa ictimai təqdimatları, kino mütəxəssislərinin ustad dərsləri və mühazirələri daxildir. Gorum çərçivəsində, həmçinin beynəlxalq kinofestivalların yarmarkası da keçiriləcək, burada MDB ölkələrindən olan prodüserlər və proqram rejissorları öz tədbirləri, habelə onlarda iştirak şərtləri barədə danışacaqlar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
2
Sources
Comment ()
Close

Rating

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6431
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6325
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1181
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
960
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
950
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
933
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
927
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
554
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
347
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
297
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
254
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
190
Arda Gülər dayanmır, yenə fərqləndi -
172
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
151
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
136
“Mançester Siti” İngiltərə çempionu olub
112
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
112