EN

“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi -

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.AFN.az xəbər verir ki, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf Əmr imzalayıb.Belə ki, SOCAR prezidentinin müvafiq əmri ilə Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.R.Nəcəfin digər əmri ilə onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.SOCAR-dan saytımızın sorğusuna cavab olaraq təyinatı təsdiqləyiblər.Qeyd edək ki, Ə. Qurbanov 26 aprel 1967-ci ildə Siyəzən rayonunda anadan olub. O, əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.Xatırladaq ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.Qeyd edək ki, SOCAR-da kadr dəyişiklikləri aparılır. Belə ki, mart ayının 11-də SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də vəzifəsindən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
156
17
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11328
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8385
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6700
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2025
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1829
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1754
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1615
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1288
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
952
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
821
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
654
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
446
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
412
Arda dubl etdi - VİDEO
334
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
328
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
319
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
291