Bakı, 28 mart, AZƏRTAC
2024-cü ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 26 min 579 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 24 min 23-ü rəsmi məktub və telefon zəngi, 2 min 556-sı isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.