EN

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Azərbaycana stikerli (yazılı izahlı-red.) məhsulların ixrac tədarükü üçün keçid müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Rusiyanın bu şirkəti Azərbaycana ət məhsulları - İXRAC EDƏCƏK

FED.az xəbər verir ki,  Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin  (“Rosselxoznadzor”) məlumatına görə, əgər məhsulun qablaşdırmasının ölçüsü məlumatların bir neçə dildə göstərilməsinə imkan vermirsə, həmin məhsulların üst qablaşdırmasının üzərinə tərcüməsi olan stikerlər yapışdırıla bilər.

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi keçid dövrünü 2024-cü il iyulun 1-dək uzadıb. Bu müddət ərzində Rusiyadan olan və etiketlərində Azərbaycan dilinə tərcüməsi olmayan məhsullar respublika ərazisinə daxil ola bilər”, - deyə departament qeyd edir.

Rusiya Süd Məhsulları İstehsalçılarının Milli İttifaqı (“Soyuzmoloko”) qeyd edib ki, Azərbaycan dilində stikerləri olan məhsulların Azərbaycana idxalı imkanının saxlanılması məsələsi süd sənayesinin bir çox iştirakçıları üçün son dərəcə vacib olaraq qalır, çünki qablaşdırmada Azərbaycan dilində əlavə etiketlərin yerləşdirilməsi həm texniki baxımdan çətindir, həm də əksər şirkətlər üçün iqtisadi cəhətdən sərfəli deyil.

Stiker tətbiq etmək imkanı bu problemləri həll etməyə imkan verir, eyni zamanda, istehlakçının məhsulun təhlükəsizliyi və keyfiyyəti barədə düzgün məlumatlandırılmasını təmin edir.

“Rosselxoznadzor” bildirib ki, Rusiyanın Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində, habelə Krasnodar və Stavropol diyarlarında yerləşən heyvandarlıq məhsulları istehsalı üzrə daha 13 müəssisəsi Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyib.

Qərar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və video formatda apardıqları yoxlamaların nəticələrinə əsasən qəbul edilib.

Hazırda Azərbaycan tərəfi əvvəllər öz mallarını respublikaya tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar keçirməyi planlaşdırır.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, əvvəllər sertifikatlaşdırılmış müəssisələrdən məhsulların Azərbaycanın səlahiyyətli idarəsinin mütəxəssisləri tərəfindən ekspertizadan keçirilmədən ixracına 31 dekabr 2023-cü il tarixinədək icazə verilib”. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamamış və ya onun şərtlərinə əməl etməyən müəssisələrin ixrac tədarükü müəyyən edilmiş tarixdən tez, bütün tələblər yerinə yetirilənə qədər məhdudlaşdırıla bilər.

Bundan əlavə, departamentin məlumatında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ödəniş ixracatçının özü və ya şirkətin Azərbaycana idxalçısı tərəfindən həyata keçirilə bilər. (Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
3
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18231
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12883
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4540
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4197
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3385
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2723
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2390
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2147
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1645
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1130
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
909
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
808
Arda dubl etdi - VİDEO
801