Bakı, 28 mart, AZƏRTAC
Almaniyanın sabiq kansleri Gerhard Şröder Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin Ukraynada müharibənin dayandırılmasına töhfə verə biləcəyini düşünür.
AZƏRTAC xəbər verir ki, Gerhard Şröder bunu Deutsche Presse-Agentur (DPA) agentliyinə müsahibəsində deyib.
Vladimir Putinlə uzun illər birlikdə çalışdığını xatırladan sabiq kanslerin fikrincə, bu münasibətlər Ukrayna müharibəsinin danışıqlar yolu ilə həllinə kömək edə bilər. Almaniyalı siyasətçi, həmçinin 1998-2005-ci illərdə kansler olduğu vaxtdan Putinlə dostluq əlaqələrini qoruyub saxladığını bildirib.
Qeyd edək ki, Gerhard Şröder Moskvanın Ukraynaya hərbi təcavüzünü ölümcül səhv kimi qiymətləndirsə də, Rusiyanın dövlət başçısı ilə münasibətlərini pozmayıb.