Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, hazırda icarə əsasında “Aston Villa”da çıxış edən hücumçu ilə “Fiorentina” maraqlanır.
Seria A təmsilçisi 24 yaşlı forvardla razılaşdıqdan sonra “sarı-qırmızılar”la danışıqlara başlayacaq.