EN

İsrail ordusu HƏMAS-ın 24 batalyonundan 20-ni sıradan çıxarıb – WP


Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusu Fələstinin HƏMAS hərəkatının 24 batalyonundan 20-ni sıradan çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hərbçilərin istifadə etdiyi bu termin onların adıçəkilən bölmələri tamamilə sıradan çıxarması demək deyil, çünki sağ qalan yaraqlılar mübarizəni yenidən davam etdirə bilərlər.
Məlumata görə, həmçinin Qəzzada bütün əməliyyatlar zamanı İsrail qüvvələri 11,5 mindən 13 minə qədər HƏMAS yaraqlısını zərərsizləşdirib.
İsrail ordusu rəsmilərinin bildirdiyinə görə, qalan dörd batalyon Qəzza zolağının Misirlə sərhədində - Rəfah şəhərində yerləşir və döyüş qabiliyyətini saxlayır.
Digər tərəfdən, martın 22-də İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında qalan HƏMAS batalyonlarının sıradan çıxarılması Rəfahda quru əməliyyatı olmadan mümkün deyil.
Qeyd edək ki, anklavın cənubundakı bu şəhərdə döyüşlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 1,4 milyon fələstinli yaşayır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
187
50
yeniavaz.com

10Sources