EN

Sabah 18 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, havanın temperaturu gecə 5-8°, gündüz 13-18° olacaq. Atmosfertəzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətliyağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhərarabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8°, gündüz 16-21°, dağlarda gecə 2-7°şaxta, gündüz 2° şaxtadan 3°-dək olacaq.

Məqalədə:
Chosen
261
49
az.trend.az

10Sources