EN

KİV: Ermənistanın güc strukturlarının rəhbərləri parlamentdə qapalı iclasa qatılıb

Ermənistanın güc strukturlarının rəhbərləri Milli Assambleyada qapalı müzakirədə iştirak edir.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, daxili işlər naziri Vahe Qazaryan iştirak edir.

Sessiya açıq başlasa da, lakin müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib.

Milli Məclisin deputatı, müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.

Chosen
183
50
apa.az

10Sources