Şimali Atlantika Alyansının Yuqoslaviyaya qarşı təcavüzünün başlanmasının ildönümündə Serbiya vətəndaşları Belqradın mərkəzindəki Respublika meydanına toplaşaraq NATO-ya qarşı kütləvi aksiya keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə Serbiyanın paytaxtında olan jurnalistlər məlumat yayıb.
Fəallar Milli Muzeyin binasına müxtəlif şüarların əks olunduğu bayraqlarla gəliblər
“NATO-faşistlərə ölüm, imperializmə ölüm. “NATO işğalçıdır, Serbiyadan çıx!” - etirazçılar mitinqə şüar səsləndiriblər.