EN

Blinken İsrailə getdi


ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdə onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə, daha sonra isə İsrail hərbi kabinetinin üzvləri ilə görüşü nəzərdə tutulub.
Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, növbəti Yaxın Şərq turu zamanı dövlət katibi bütün qalan girovların azad edilməsini, Qəzzaya humanitar yardımın həcminin artırılmasını, eləcə də, münaqişədən sonrakı koordinasiyanın həyata keçirilməsini nəzərdə tutan atəşkəs barədə razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, Blinken bundan əvvəl Səudiyyə Ərəbistanı və Misirə səfər edib.
Chosen
182
50
yeniavaz.com

10Sources