EN

Martın 19-da bütün müavinət və təqaüdlərin ödənilməsi nəzərdə tutulub

Martın 19-da bütün müavinət və təqaüdlərin ödənilməsi nəzərdə tutulub

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Bu barədə  APA-ya  DSMF-dən verilib.

Qeyd edək ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

visiontv.az



Chosen
162
17
visiontv.az

10Sources