Qadın futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində rəqibləri müəyyənləşib.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yığmamız B Liqasının 1-ci qrupuna düşüb.
Baş məşqçi Siyasət Əsgərovun yetirmələri İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparacaq.
Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.
Mənbə: qafqazinfo.az
Digər İDMAN xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az