EN

İstanbulda “Mossad”ın 7 casusu saxlanıldı

Türkiyə polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinə məlumat satmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

Saxlanılanlar arasında casus - keçmiş dövlət məmuru Türkiyədə Yaxın Şərq şirkətləri və şəxsləri haqqında məlumat toplamaqda, izləmə cihazları yerləşdirməkdə və müşahidə ilə məşğul olmaqda şübhəli bilinir.

Həbsləri Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul terrorla mübarizə polisi həyata keçirib.

Mənbələr bildirir ki, türk casus Serbiyanın paytaxtı Belqradda “Mossad” tərəfindən təlim keçib və rəsmi qeydlərdə görünməyən ödənişləri kriptovalyuta ilə alıb.

Xatırladaq ki, yanvar ayında Türkiyə məhkəməsi “Mossad” ilə əlaqədə olmaqda və Türkiyədə yaşayan fələstinliləri hədəf almaqda şübhəli bilinən 15 nəfərin həbsinə, daha 8 nəfərin deportasiyasına qərar verib. Fevral ayında Türkiyə “Mossad”-a məlumat satmaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.


Telegram kanalımız
Chosen
237
3
yenisabah.az

5Sources